Yığmamız turnirdə 1-ci oldu

Aprelin 23-26-da Ağdam Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirilib. Stadium.Az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Litva, Gürcüstan, İran, Qazaxıstandan ümumilikdə 400-dək idmançı qüvvəsini sınayıb.
9 çəki dərəcəsi üzrə klassik və layt versiyaları üzrə keçirilən turnirdə Azərbaycan komandası 4 heyətlə təmsil olunub. Yarışları 14 hakim idarə edib. Bununla yanaşı, mübarizəyə paytaxtla yanaşı, 10 regionu (Naxçıvan, Qarabağ, Şirvan, Gəncə və s.) təmsil edən idmançılarımız da qoşulublar. Təmsilçilərimiz müxtəlif yaş qrupları üzrə yeniyetmə, gənclər və böyüklər arasında qüvvələrini sınayıblar.
Aprelin 24-də beynəlxalq turnirin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Universal Döyüş Federasiyasının Prezidenti, (AUDF) Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, Ağdam rayon icra başçısı Raqub Məmmədov, «Kür» Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru Natiq Abbasov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov iştirak ediblər. AUDF prezidenti Azər Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən turnirin ənənə halını aldığını, bu yarışın ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən federasiya rəsmisi ümummilli liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu vurğulayıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Azər Həsənov ölkəmizdə digər sahələrdə olduğu kimi, idman sahəsinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, respublikamızda idmanın maddi-texniki bazasının gücləndirildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib: «Beynəlxalq turnirin Ağdamda, ən ucqar rayonunda, cəbhə bölgəsində təşkil olunması bir daha nümayiş etdirir ki, xalqımızın firavan həyatı dövlət tərəfindən təmin olunub və ölkəmizin hər bir güşəsində idmanla məşğul olmaq üçün şərait yaradılıb. Universal döyüş idman növü gənclərin hərbi-vətənpərvər ruhda yetişməsində böyük rola malikdir. Müharibə şəraitində yaşayan bir ölkədə bu idman növünün təbliği çox vacib amildir. Qeyd edim ki, federasiya tərəfindən yarış ənənəvi olaraq 12-ci dəfədir ki, keçirilir. İndiyədək paytaxtla yanaşı, bu yarışın bölgələrimizdə təşkilinə nail olmuşuq».
Ölkəmizin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu deyən federasiya prezidenti tarixində ilk dəfə Azərbaycanda təşkil olunacaq Avropa Oyunlarının bütün dünyanın diqqətini özünə cəlb edəcəyinə inandığını bildirib.
Ağdam rayon icra başçısı Raqub Məmmədov da çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib. Azərbaycan komandasının üzvləri turnirdə uğurla çıxış edərək 7 qızıl, 8 gümüş, 13 bürünc medal əldə ediblər. Təmsilçilərimizdən Təbriz Qasımov (65 kq), Orxan Qurbanov (70 kq), Nicat Əliyev (75 kq), Elnur Cəfərov (85 kq), Orxan Binnətov (90 kq), Aqşin İrzaquliyev (95 kq), Məhərrəm Səbirəliyev (+95 kq) qızıl medallar qazanıblar. 60 və 80 kq çəki dərəcələrində isə birinci yerləri, müvafiq olaraq, rusiyalı Mansur Maliçiyev və türkiyəli Muhammed Ensan Yalçın (80 kq) tutublar. Azərbaycan yığma komandası ümumi hesabda birinci pillədə qərarlaşıb. Türkiyə ikinci, Rusiya millisi isə üçüncü olub.
Ötən il Qusar Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan yığma komandası ümümi hesabda birinci pillədə qərarlaşmışdı.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















12.03.2024

24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023


18.07.2023
17.07.2023
16.07.2023

15.07.2023

![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |