Fransada növbəti uğur

29.04.2015 | 2362 dəfə oxunub

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 28-də keçirilən 190 km-lik 4-cü mərhələsi “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb. Stadium.Az xəbər verir ki, komandamızın üzvü Yannis Tamuridis məsafəni 4 saat, 16 dəqiqə, 25 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib.

Digər velosipedçilərimizə gəlincə, Dennis van Vinden 9-cu, Maksim Averin isə 12-ci olub. Xatırladaq ki, "Le Tour de Bretagne"ın 2-ci mərhələsi "Synergy Baku"nun digər üzvü Matey Müqerlinin qələbəsilə başa çatmışdı.

4-cü mərhələdəki uğurlu çıxışı Yannis Tamuridisə ümumi təsnifatda 8-ci pilləyə yüksəlməyə imkan verib. İndi o liderdən cəmi 23 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" 22 kollektiv arasında 3-cü yerdədir.

Bu gün keçiriləcək 5-ci mərhələdə iştirakçılar 169 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail