"Bakı-2015"in iştirakçısı 7-ci oldu

28.04.2015 | 2319 dəfə oxunub

Britaniyalı idmançı Helen Cenkins idmana qayıdışını Keyp Taunda keçirilmiş triatlon yarışını 7-ci yerdə bitirməklə qeyd edib. Stadium.Az xəbər verir ki, İTU üzrə ikiqat dünya çempionu və ikiqat Olimpiya çempionu Cenkins Cənubi Afrikada Dünya Triatlon Seriyasında yarışmazdan əvvəl doqquz ay yarışlardan kənar qalmışdı. Qadınlar arasında keçirilmiş yarışı həmyerlisi Viki Holland Cenkinsdən 19 saniyə əvvəl, yəni 1 saat 49 dəqiqə 51 saniyəyə başa vurdu.

Cenkins Tvitterdə bunları yazıb: “Bu gün yenidən yarışa qatıldığıma görə çox məmnunam! Həqiqətən də geri qayıdana kimi, nə qədər darıxdığını insan təsəvvür edə bilmir”.

2008 və 2011-ci illərdə İTU üzrə dünya titulunu qazanmış bu 31 yaşlı idmançı əvvəllər dabaq fasiti, sonralar isə ayaq problemindən əziyyət çəkmişdi. O həm də dörd həftə ərzində qrip və kürək problemi səbəbindən də narahatlıq keçirmişdi.

Cenkins Bakı 2015-də yarışmaq üçün Britaniyanın Olimpiya rəsmiləri tərəfindən seçilib.

Amerika Birləşmiş Ştatlarından olan Keyti Zaferes Keyp Taundakı tədbiri ikinci yerdə başa vurub. O, yarışı Hollanddan bir saniyə gec tamamlayıb. Ondan sonra üçüncü yerə isveçrəli Nikola Spiriq layiq görülüb.

Holland Bakı 2015 üçün Britaniyanın triatlon komandasına hələ daxil edilməyib. Digər tərəfdən İsveçrənin triatlon komandasının siyahısı da açıqlanmayıb.

İspaniyanın üçqat Olimpiya çempionu Ainoa Muruanın Bakı 2015 üçün namizədliyi irəli sürülüb. O, Keyp Taunda yarışı 12-ci yerdə başa vurub. Azərbaycana gəlmək üçün seçilmiş İspaniya çempionu Miriam Kasilas isə yarışda 30-cu yerdə qərarlaşıb. 

Kişilər arasında keçirilmiş yarışda Böyük Britaniyanın London 2012 Olimpiya çempionu Alister Braunli öz 18-ci triatlon qələbəsini qeyd edib. Mövsümün ilk yarışında Braunli görüşü 1 saat 39 dəqiqə 19 saniyəyə başa vurub. Ondan sonra ikinci yeri ispaniyalı Xavier Qomez Noya, üçüncü yeri isə fransalı Vinsent Lui qazanıb.

U23 üzrə İspaniyanın ikiqat dünya çempionu Fernando Alarza, Qomez Noyadan fərqli olaraq, Keyp Taunda beşinci yeri tutduğu üçün Bakı 2015-də yarışmaq hüququ əldə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail