"Bakı-2015": Sloveniya 81 idmançı ilə gəlir

25.04.2015 | 3363 dəfə oxunub

Sloveniya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək 81 güclü idmançıdan ibarət komandanı müəyyənləşdirib.

Stadium.Az xəbər verir ki, Sloveniyanın 12 üzgüçüsü hələ bəlli olmadığı üçün bu idmançılardan 69-nun adı açıqlanıb.

Sloveniyanı ilk Avropa Oyunlarında 43 kişi və 38 qadın idmançı təmsil edəcək. Sloveniya komandası məşqçi və nümayəndə heyəti də daxil olmaqla, 136 üzvdən ibarət olacaq. Komandaya keçmiş gimnast Aljaz Pegan rəhbərlik edəcək.

Sloveniyalı idmançılar kamandan oxatma, badminton, basketbol (3x3), boks, avarçəkmə, velosiped, bədii gimnastika, cüdo, karate, sambo, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon və güləş yarışalrında mübarizə aparacaqlar.

“Bakı-2015”də yarışacaq 12 sloveniyalı üzgüçü aprelin 26-da müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail