Bakı klubunun argentinalılara qarşı heyəti açıqlandı

23.04.2015 | 3459 dəfə oxunub

Aprelin 25-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 14-cü turu çərçivəsində “Baku Fires” “Argentina Condors” klubu ilə qarşılaşacaq. Stadium.Az xəbər verir ki, bu, komandamızın qrup mərhələsində sonuncu görüşü olacaq. Argentina təmsilçisi 4 xalla qrupun aşkar autsayderidir.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Argentina Condors”

52 kq. Murad Rabadanov – Rikardo İbarra
60 kq. Nəsrəddin Məmmədov – Brayan Nunyez
69 kq. Pərviz Bağırov – Luis Alberto Veron
81 kq. Mixail Dauqalivets – Xuan Rizo Patron
+91 kq. Hacı Murtuzəliyev – Fakundo Qiqlion

Albert Səlimov Rio de Janeyro Olimpiadasına lisenziyanı təmin etdiyindən məşqçilər təcrübəli boksçuya istirahət verməyi qərara alıblar. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov Ümumdünya Boks Seriyasında debüt edəcək. Həmyerlimiz bu mövsüm 4 döyüşdə məğlub olan Nunyezlə üz-üzə gələcək.

Fərdi reytinqdə 4-cü yeri tutan Pərviz Bağırov bu mövsüm bir dəfə rinqə çıxan və uduzan Veronla qarşılaşacaq.

Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən “Baku Fires” bu qarşılaşmanın aşkar favoriti sayılır.

Bu həftə B qrupunda “Astana Arlans” səfərdə “İtalia Thunder”in qonağı olacaq. “Caciques Venezuela” rəqib meydanında “Rafako Hussars Poland”la qarşılaşacaq. USA “Knockouts” doğma divarlar arasında “Puerto Riko Hurricanes”i qəbul edəcək.

Turnir cədvəli
1. “Astana Arlans” – 39 xal, (döyüşlərin nəticələri 54-11)
2. Baku Fires – 29, (43-22)
3. “İtalia Thunder “ – 24, (38-26)
4. “Venezuela Cacquez” – 23, (29-36)
5. Puerto Riko Hurricanes” – 17, (28-37)
6. USA “Knckouts” – 16, (27-38)
7. “Rafako Hussars Poland” – 15, (26- 39)
8. “Argentina Condors” – 4, (14-50)

Qrupda 2-ci yeri özünə təmin edən “Baku Fires” pley—off-da A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cüdür, meksikalılar isə 25 xalla 4-cü pillədədir.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail