Yığmamız növbəti sınaq qarşısında

23.04.2015 | 3258 dəfə oxunub

24-26 aprel 2015-ci il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək. Stadium.Az xəbər verir ki, 53-cü dəfə keçirilən turnirdə sərbəst və yunan-Roma güləşi üzər kişilər və sərbəst güləş üzrə qadınlar mübarizə aparır. Bu dəfəki turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək.

Aprelin 6-dan etibarən Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışında olan yığmamız baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yer alıb.

Turnirin proqramına əsasən, aprelin 24-də 55, 60 və 69 kq, 25-də 48, 58 və 75 kq qadın güləşçilər mübarizə aparacaq. 53 və 63 kq çəkidə qadın güləşçilər isə turnirin son günündə yarışacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail