"Bakı-2015": paytaxtda beynəlxalq turnir keçiriləcək

23.04.2015 | 3218 dəfə oxunub

2015-ci il aprel ayının 25 və 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər arasında 3X3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək. Stadium.Az xəbər verir ki, turnirdə 10 komanda iştirak edəcək: 5 yerli və 5 xarici.

Qonaq komandaların sıralarında 3X3 basketbol üzrə dünya reytinqində birinci olan serbləri və ilk üçlükdə yer alan rumınları qeyd etmək lazımdır. Oyunlar aprelin 25 və 26-sı saat 15:00-dan başlayacaq. Final oyununun keçirilməsi aprelin 26-da saat 19:00-da nəzərdə tutulub.     

Eyni zamanda, göstərilən turnir çərçivəsində 12 (8 xarici və 4 yerli) hakimin və 15 nəfər texniki heyətin iştirakı ilə Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 3X3 basketbol üzrə “Ariva” otelində hakimlər seminarı keçiriləcək. Seminarın nəticələrinə əsasən 2015-ci il iyun ayında Bakıda keçiriləcək Avropa Oyunlarının 3X3 basketbol yarışlarında iştirak edəcək hakim heyəti müəyyən ediləcək.

Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı və “Samsung” şirkətinin dəstəyi ilə keçiriləcək beynəlxalq turnir Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail