Azad Rəhimova mükafat verildi

23.04.2015 | 3399 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları və dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti, London-Breveridə keçirilən mötəbər 2015 Transform Avropa Mükafatının vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb. Stadium.Az xəbər verir ki, Transform Avropa Mükafatı bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) ofisinin foyesində Azərbaycan Respublikasının gənclər və idman naziri, BAOƏK-nin baş icraçı direktoru Azad Rəhimova təqdim edilib.

Təqdimetmə mərasimində çıxış edən nazir bu mükafatın Azərbaycan idmanı üçün böyük uğur olduğunu qeyd edib. Transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdı.

Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici Bakı-2015 brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.

Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdı.

Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə Bakı-2015 brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də, Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail