Azərbaycan yığması "Bakı 2015"in test yarışının qalibi oldu

17.04.2015 | 3231 dəfə oxunub

Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Stadium.Az xəbər verir ki, yarış iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

AGF Kubokuna Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri qatılıb. İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan millisi 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq, komanda hesabında birinci olub. İran ikinci, Gürcüstan üçüncü yeri tutub.

Azərbaycan pəhləvanlarından Elşad Məmmədov (42 kq), Ülvi Qənizadə (69 kq) və Nəzərşah Fərullayev (76 kq) qızıl, Əsgər Əsgərzadə (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (54 kq), Davud Əlimuradov (58 kq), Ramil Səfərov (63 kq), Cavanşir Qasımov (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) gümüş, Mirsirac Həsənli (42 kq), Səid Cahangirzadə, Ramal Əhədli (hər ikisi 46 kq), Kənan Cəfərov (54 kq), Cavid Cavadzadə, Kənan Hacıəliyev (hər ikisi 58 kq), Murad Orucov (63 kq), Rauf Məmmədli (85 kq) və Abbas Əliyev (100 kq) bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail