"Bakı-2015": Baş direktor "Giltex"də olub

16.04.2015 | 3525 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Gilan” Tekstil Parkının ticarət nişanı olan “Giltex” fabrikində olub. Stadium.Az xəbər verir ki, Sumqayıtda yerli istehsal şəraiti ilə tanış olan BAOƏK-nin rəsmisi “Gilan” Tekstil Parkının rəhbərliyi ilə söhbət zamanı əməkdaşlıq məsələlərini müzakirə edib.

950 işçisi olan “Giltex” BAOƏK-in uniformalarını hazırlayan müəssisədi. 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlamış şirkət “Gilan” Tekstil Parkının ticarət nişanıdı. Fabrik yüksək keyfiyyətli Azərbaycan pambığından xammal kimi istifadə etməklə, Avropa keyfiyyətinə və istehsal standartlarına cavab verən məhsullar istehsal edir. Şirkətin toxuculuq, boyaq və tikiş fabrikləri də var. Burada hazırlanan məhsullara yataq otağı örtükləri, geyim, pərdə, trikotaj parçası, ipliklər, corablar, dəsmallar, yataq ləvazimatları və hərbi uniformalar daxildi.

“Gilan” Tekstil Parkı istehsal prosesində heç bir kimyəvi məhsullardan istifadə olunmadığını bildirir. Bütün uniformalar yerli pambıqdan hazırlanır və yalnız düymələri Türkiyədən sifariş edilir.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Kleq bildirib ki, I Avropa Oyunları Azərbaycan iqtisadiyyatına müsbət edəcək. Ölkənin yeni şirkətlərindən olan “Giltex” yüksək keyfiyyətli məhsullar istehsal edir. Sumqayıtda şirkətin gözəl şəraiti var. BAOƏK-nin xidmət heyəti 18,000 könüllü və digər sahələrdə çalışacaq əməkdaşlar üçün uniforma və geyimlər məhz bu müəssisədə hazırlanacaq.

BAOƏK üçün bu fabrikdə, ümumilikdə 110 min ədəd olmaqla, 7 növdə uniforma istehsal olunacaq. Bu geyimlərə həm kişi, həm də qadın işçi qüvvəsi, eləcə də, texniki rəsmi heyət üçün müxtəlif çeşidli polo yaxalı köynəklər və mərasim iştirakçıları üçün qısaqol köynəklər daxildi.

Yüksək keyfiyyətli yerli məhsullar istehsal etməyə qadir olduğu üçün bu fabrik Bakı-2015 Avropa Oyunlarının vahid geyim təchizatçısı seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail