Yığmamız Moldovaya getdi

15.04.2015 | 3225 dəfə oxunub

Taekvondo üzrə Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişinyova yola düşüb. Stadium.Az xəbər verir ki, səfərdə məqsəd G1 kateqoriyalı yarışa qatılmaqdı.

Belə ki, aprelin 18-də baş tutacaq turnirdə Azərbaycanı 23 idmançı təmsil edəcək. Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandost Kişinyovda Vüsal Məmmədov, Fizam Mehtiyev (hər ikisi 54 kq), Məhəmməd Məmmədov, Kamil Abdulrrazakov (hər ikisi 63 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev, Elvin Məmmədov,İlkin Şahbazov (hər üçü 74 kq), Milad Beigi Harchegani (80 kq), Radik İsayev (87 kq), Əhməd Mohammadi və Ceyhun Həsənliyə (hər ikisi +87 kq) şans verəcək.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək, Nurgül Çelik, Patimat Abakarova (hər üçü 49 kq), Lazara Caridad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (-67 kq), Marina Tedeyeva (73 kq), Soheila Sayahi (73 kq) və Parisa Kafael Mohammad Nejada (+73 kq) etimad göstərib.

Reytinq xarakterli turnir başa çatandan bir gün sonra para-taekvondo üzrə 4-cü Avropa çempionatına start veriləcək. Qitə çempionatında isə 12 taekvondoçumuz medallar uğrunda mübarizəyə qoşulacaq.

Milli komandalarımız hər iki yarışa Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədovun rəhbərliyi ilə qatılacaq. İdmançılarımız vətənə aprelin 19-da dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail