Gürcüstanda növbəti "qızıl"

15.04.2015 | 3223 dəfə oxunub

Azərbaycan yığması Gürcüstanın paytaxtı Tiflisdə keçirilən ağır atletika üzrə Avropa çempionatında növbəti medalını qazanıb. Stadium.Az xəbər verir ki, komandamızın aktivinə Valentin Xristovla (62 kq) Boyanka Kostovanın (58 kq) ardından Əfqan Bayramov da “qızıl” əlavə edib.

Lakin 77 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz milliləşdirilmiş legionerlərimizdən fərqli, 1 kiçik qızıl medalla kifayətlənib. Belə ki, Bayramov B qrupunda yarışsa da, A qrupunda çıxış edən bir çox atletdən üstün olub. Toplam 333 kq (141+192) nəticə göstərən Əfqan yekun sıralamada 7-ci yeri tutub. Ancaq onun təkanla qaldırmada ram etdiyi 192 kq-ı heç üstələyə bilməyib və o, bu hərəkətdə Avropa çempionatının kiçik qızıl medalına layiq görülüb.

Amma qeyri-müəyyən səbəbdən Bayramovla eyni çəkidə çempionata yollanan İvan Stoitsov podiuma çıxmayıb. 4 ilə yaxındı komandamızda yer alan, lakin rəsmi beynəlxalq yarışlar zamanı “zədələnən” atletin bu dəfə hansı səbəbdən bu addımı atması hələ bilinmir.

Əfqan 2012-ci Avropa çempionatında həm təkanla qaldırmada, həm də toplamda çempionluğu bayram etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail