Tour d’Azerbaïdjan-2015: 5 günə 870 km

14.04.2015 | 3882 dəfə oxunub

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün startına 21 gün qalır. Stadium.Az xəbər verir ki, mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 870 km məsafə qət edəcəklər.

Proqrama əsasən, velosipedçilər mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-Qobustan-Şamaxı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.

Planetin nüfuzlu "Eurosport" kanalı ilə əldə olunmuş razılığa əsasən, "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün 3-cü, 4-cü və 5-ci mərhələləri adı çəkilən telekanal vasitəsilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək. Veloyürüş başa çatdıqdan sonra "Eurosport" bütün mərhələlərdən bəhs edən daha bir icmal yayımlayacaq. Ölkəmizdə isə bu missiyanı "Idman Azərbaycan" həyata keçirəcək - telekanal turun 5 mərhələsinin hamısını canlı yayımlayacaq.

"Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail