Millimizin üzvü 2-ci dəfə Avropa çempionu oldu

14.04.2015 | 3249 dəfə oxunub

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Stadium.Az xəbər verir ki, yarışın 3-cü günü Azərbaycan yığmasının daha bir üzvü – Boyanka Kostova körpücük üzərinə çıxıb.

58 kq çəki dərəcəsində yarışan atletimiz Avropa çempionatının şəksiz favoriti adını təsdiqləyib. Belə ki, Kostova ilk yanaşmasında 100 kq-ı ram edərək ən yaxın rəqibini 7 kq qabaqlayıb və liderliyi ələ alıb. Daha sonra 105 kq-ı rahatlıqla qaldıran Boyanka, Avropa U-23 rekordunu yeniləyib. Ona qədər bu rekord (100 kq) Ukrayna təmsilçisi Yuliya Kalinaya məxsus idi. Birdən qaldırmada son yanaşmasında 109 kq üçün ştanqa yaxınlaşan atlet, onu da ram edərək böyüklər arasında Avropa rekordunu yeniləyib. Bu rekord (108 kq) rusiyalı atlet Svetlana Tsarukayevaya məxsus idi. Bu, həm də U-23 rekordunun yenidən qırılması kimi tarixə düşüb.

Təkanla qaldırmada ilk yanaşmasında 125 kq-ı qaldıran Kostova birdən-birə iki rekordu da yeniləyib. Bunadək yaşı 23-ə qədər olan qadınlarda təkanla qaldırmada buna qədərki rekord 123 kq idi. Eyni zamanda, bu nəticə ilə toplam çəki 234 kq oldu ki, əvvəlki ümumi nəticə rekordu 223 kq olub. Ukraynalı Yuliya Kalinaya məxsus hər iki rekordu yeniləyən Boyanka, bununla böyüklər arasında həm təkanla qaldırma, həm də yekun sıralamadakı qızıl medalı özünə təmin edib.

İkinci yanaşmada məşqçilər heyəti idmançımız üçün 132 kq sifariş verib. Bu cəhdini də uğurlu edən Kostova daha iki – artıq özünə məxsus U-23 rekordu yeniləyib. Üstəlik, toplamda 241 kq nəticə göstərən Kostova, böyüklər arasında rusiyalı Svetlana Tsarukayevaya məxsus 238 kq-lıq rekord da yenilənyib.

Təkanla qaldırmada son yanaşmasında 137 kq üçün körpücüyə qalxan Boyanka, bu hərəkətdə Avropa rekordunu yeniləməyə çalışıb. Azərbaycan yığmasının lideri bu cəhdi də uğurla yerinə yetirərək daha iki rekordu – həm bu hərəkətdə, həm də toplamda aktivinə yazıb. Bu, həm də U-23-də daha iki rekord olub.
Beləliklə, 246 kq (109+137) nəticə göstərən Boyanka Kostova bütün rəqiblərini aşkar şəkildə üstələyərək Avropa çempionu tituluna yiyələnib. O, U-23-də 8, böyüklər arasında isə 4 rekordu – birdən qaldırma, təkanla qaldırma və toplamda yeniləyərək tarixi nəticəyə imza atıb.

 2012-ci ildə Türkiyənin Antalya şəhərində də Avropa çempionu olmuş Kostova artıq bu titulun ikiqat sahibidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail