Mehriban Əliyeva: "Biz möhtəşəm sülh, dostluq və idman bayramının ərəfəsindəyik"

11.04.2015 | 3460 dəfə oxunub

Rusiya paytaxtında "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçirilib.  Stadium.az xəbər verir ki, “Redisson Royal, Moskva" mehmanxanasının konqres-parkında baş tutan tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, baş nazirin müavinləri Dmitri Roqozin və Arkadi Dvorkoviç, xarici işlər nazirinin müavini Qriqori Karasin, iş adamı Əlişer Usmanov, VTB bankın sədri Andrey Kostin, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, ölkənin ən tanınmış simaları, siyasi və ictimai xadimləri iştirak ediblər.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi başlanıb. Çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirə gələn Rusiya hökumətinin, biznes və idman nümayəndələrini salamlayıb: "Mən çox şadam ki, biz Avropa oyunlarının təqdimatını dost Rusiyanın paytaxtında keçirə bilirik. İki ölkə arasındakı münasibətlər möhkəm tarixi əsasın üzərində qurulub. Onilliklər ərzində bizim xalqlarımızı humanitar, mədəni və insani əlaqələr bir-birinə bağlayıb. Bu əlaqələr ikitərəfli siyasi, iqtisadi münasibətlərin inkişafı üçün əlverişli iqlim yaradıb. Bugünkü Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında qurulan dost və mehriban qonşu ölkələrə nümunədir. Bizim əməkdaşlığımız ictimai həyatın bütün sahələrini, iqtisadi, siyasi və humanitar sahələri əhatə edir. İkitərəfli münasibətlərə yeni impulsu Rusiya prezidenti Vladimir Putinin 2013-cü ilin yayında Azərbaycana gerçəkləşdirdiyi səfər verib. Rusiyanın nüfuzlu dövlət adamlarının rəhbərlik etdiyi nümayəndə heyətlərinin il boyu Azərbaycana səfərləri iki ölkə arasında münasibətlərə öz töhvəsini verib. Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi üçün etdiyinizə görə sizə təşəkkürümü bildirirəm".

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyətindən danışan Mehriban Əliyeva bildirib ki, bu təşkilat Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirib: "RAGB gənclərin Rusiya cəmiyyətinə inteqrasiya olunmasına kömək edir". Azərbaycanın birinci xanımı Rusiya və Azərbaycan arasında idman sahəsində, Olimpiya hərəkatında əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib: "Fürsətdən istifadə edib, sizi Soçi Qış Olimpiadasını möhtəşəm səviyyədə keçirdiyinizə görə təbrik etmək istəyirəm. Bu gün Azərbacanda idman sahəsinə dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqil Azərbaycan dövləti olaraq 1996-cı ildən Olimpiya oyunlarında iştirak edirik. Bu günə kimi idmançılarımızın qazandığı uğurlarla fəxr edirik. Londonda keçirilən sonuncu Yay Olimpiya oyunlarında idmançılarımız ikisi qızıl olmaqla 10 medal qazandılar. Avropa ölkələri arasında 15-ci, bütün iştirakçı ölkələr arasında isə 30-cu yeri tutdular. Keçən il Çində keçirilən gənclərin Olimpiya oyunlarında idmançılarımız 5-i qızıl olmaqla 12 medal qazanaraq 200 iştirakçı arasında 10-cu yerə layiq görülüblər. Azərbaycanda idman obyektlərinin tikintisinə və yenidənqurulmasına böyük diqqət yetirilir. Son 10 ildə bütün ölkə ərazisində 40-dan çox Olimpiya mərkəzi tikilib. Bizim ölkə beynəlxalq idman yarışlarının keçirilməsi üzrə böyük təcrübə toplayıb. Bakıda müntəzəm olaraq müxtəlif idman növlərinə dair Avropa və Dünya çempionatları keçirilir. İdmançılarımızın uğur qazanmasının əsas səbəblərindən biri onlara dövlət tərəfindən göstərilən dəstək və müasir idman infrastrukturlarının yaradılmasıdır. Bir sözlə, bütün bu faktorlar və ölkənin sürətlə inkişafı Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Azərbaycan paytaxtı Bakıda keçirilməsi haqqında qərarının əsasını təşkil edir".

Mehriban Əliyeva ölkədə bütün idman obyektlərinin tikildiyini və yarışlara hazır olduğunu qeyd edib: "Bakı-2015" Avropa idman tarixində yeni səhifə açacaq. Bizim üçün Birinci Avropa oyunlarını keçirmək, təşkil etmək və qəbul etmək böyük qürur və məsuliyyətdir. Oyunlarda 20 idman növündə 6000-dən çox atlet iştirak edəcək. "Bakı-2015" gələcəkdə keçiriləcək Avropa oyunları üçün standart olacaq. Əminəm ki, Avropa oyunları yay Olimpiya oyunları ilə bir səviyyədə keçiriləcək. Bunun üçün lazım hər şey edilib. Güclü təşkilat komitəsi yaradılıb. Biz beynəxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ilə əməkdaşlıq edirik. Könüllülər tərəfindən böyük dəstək var. Minlərlə azərbaycanlı gənc Avropa oyunlarında könüllü olmaq istəklərini bildiriblər. Biz Olimpiya kəndimiz ilə fəxr edirik. Ümid edirəm ki, Rusiya idmançıları bu məkanda qalmaqdan zövq alacaqlar. İdmançıların maksimal komfort şəraitdə qalmaları üçün şərait yaratmağa çalışmışıq. Media təmsilçiləri üçün yaradılan şəhərcik də beynəxalq standartlara cavab verir. Avropa oyunlarını 1000-dən çox yerli və xarici reportyor, 50-dən çox teleşirkət, 100-dən çox ölkəyə yayımlayacaq. Əlbəttə ki, biz Birinci Avropa oyunlarını keçirən ölkə kimi istəyirik ki, gələn qonaqlar ölkəmiz haqqında daha çox məlumat alsınlar. Oyunların başlanmasına iki aya yaxın müddət qalıb. Bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırıdır. Biz möhtəşəm sülh, dostluq və idman bayramının ərəfəsindəyik. Əminəm ki, Birinci Avropa oyunları birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək. Fürsətdən istifadə edib, sizləri Avropa oyunlarında iştirak etməyə, idmançılara azarkeşlik etməyə dəvət edirəm".

Daha sonra Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov çıxış edib. O, Avropa Olimpiya Komitəsinin vacib və düzgün qərar qəbul etdiyini qeyd edib: "Avropaya öz oyunları lazımdır. Birinci Avropa Oyunlarının keçirilməsinin gözəl Bakı şəhərinə verilməsi əla haldır. Bu doğrudan da çox düzgün qərardır. Azərbaycanda idmanın necə sevildiyini, Bakıda bir çox böyük yarışların keçirildiyini və Bakının böyük təcrübəyə malik olduğunu bilirik. Azərbaycanda idmanın necə inkişaf etdiyini də bilirik. Bakı sadəcə gözəl şəhər deyil, həm də idman şəhəridir. Heç şübhə etmirəm ki, Bakı Avropa oyunlarını yüksək səviyyədə keçiriəcək". Aleksandr Jukov bildirib ki, Rusiyada "Bakı-2015" Avropa oyunlarına ciddi yanaşılır: "Oyunlarda təmsil olunacaq Rusiya Komandasının tərkibində güclü idmançılar olacaq. Bizim yaxşı ənənəmiz var. Bu ənənə Rusiya Komandasının Evini yaratmaqdır. Bakıda da belə ev yaratmaq istəyirik, harada ki, bizim birgə idman tariximiz təqdim olunacaq. Bu Bakı sakinləri və oyunları izləməyə gələn xarici turistlər, azarkeşlər üçün çox maraqlı olacaq".

Rusiya Olimpiya Komitəsinin prezidenti "Bakı-2015" Avropa oyunlarının Təşkilat Komitəsinə uğurlar arzulayıb.

Sonda "Bakı-2015" Avropa oyunlarına görülən hazırlıq işlərinə həsr olunan film nümayiş olunub. Filmdə "Bakı-2015" Avropa oyunlarının keçiriləcəyi idman arenaları əks olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail