"Bakı-2015": Rusiya neçə idmançı ilə təmsil olunacaq?

10.04.2015 | 3507 dəfə oxunub

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək Rusiya yığması ölkəmizə 600-ə yaxın nümayəndə heyəti ilə gələcək. Stadium.Az xəbər verir ki, şimal qonşularımızın ilk dəfə təşkil olunacaq yarışda 341 idmançı ilə təmsil olunacağı dəqiqləşib.

Onlar 29 idman növündə təmsil olunacaqlar. Daha 19 idmançı isə yarışa lisenziya qazanmaq şansını qoruyur. Bu idmançıların taleyinə mayın ortalarına kimi aydınlıq gəlməlidi. Məhz həmin vaxtda tam siyahı təsdiqlənəcək.

Rusiya yığması yalnız 2 növdə əsas komanda ilə çıxış etməyəcək. Bunlar voleybol və qılıncoynatmadı. Şimallıların Avropa Oyunlarına bu idman növlərində ikinci heyətlə qatılması səbəbsiz deyil. Çünki voleybol idman növündə Avropa Liqası, qılıncoynatmada isə Moskvada keçiriləcək dünya çempionatı start götürəcək.

Ruslar bütün idman növlərində və medal sıralamasında birinci yer uğrunda mübarizə aparacaqlarını da açıqlayıblar. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail