Yığmamız Bolqarıstan toplanışını davam etdirir

08.04.2015 | 2798 dəfə oxunub

Qadın güləşi üzrə yığma komandanın üzvləri qarşıdan gələn beynəlxalq yarışlara və Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqlarını Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirir. Stadium.Az xəbər verir ki, aprelin 6-dan başlayan təlim-məşq toplanışında 10 güləşçimiz iştirak edir.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Bolqarıstana Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yollanıb.

Təlim-məşq toplanışı aprelin 23-dək davam edəcək. Daha sonra güləşçilərimiz Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnirdə qüvvələrini sınayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail