Azad Rəhimov: "Əminəm ki, bu oyunlar xalqlarımızın birliyində böyük rol oynayacaq"

08.04.2015 | 3230 dəfə oxunub

"Bizim namizədliyimizi dəstəkləyən, Azərbaycana etimad göstərənlərə təşəkkür edirəm". Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanması mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib.

Azərbaycanın İslam dünyasında rolu ilə bağlı fikir bildirən A.Rəhimov ölkənin İslam Oyunlarına namizədliyinin irəli sürülməsindən və bu qərarın dəstəklənməsindən danışıb.

"Əminəm ki, bu oyunlar xalqlarımızın birliyində böyük rol oynayacaq. Öz gücümüzü səfərbər edərək bu yarışları yüksək səviyyədə təşkil etməyə nail olacağıq" - nazir qeyd edib.

A.Rəhimov İslam Oyunlarının büdcəsindən də danışıb: "Evsahibliyi sazişləri müxtəlif təşkilati məsələlərə toxunur. Bizim öhdəliklərimiz Azərbaycana gələn idmançıların təhlükəsizliyi, nəqliyyat, qidalanma və digər məsələlərdir. Hazırda I Avropa Oyunlarında istifadə olunacaq atletlər kəndi İslam Oyunları zamanı da istifadəyə veriləcək. Büdcədən danışmaq tezdir. Amma Olimpiya və Avropa Oyunları ilə müqayisədə burada yol xərcləri idmançıların öz üzərinə düşür. Digər böyük tədbirlərlə müqayisədə büdcə böyük olmayacaq".
Azad Rəhimov İslam Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların sayını da açıqlayıb:

"Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək. Burada lisenziya qazanmağa ehtiyac yoxdur. Ev sahibi olduğumuz üçün çalışacağıq ki, bütün idman növlərində iştirak edək. Çalışacağıq ki, səhv etmədən mədəni proqramlar da təşkil edək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail