Avropa Oyunlarına ilk bileti kim aldı?

03.04.2015 | 3371 dəfə oxunub

Bakı 2015 I Avropa Oyunlarına ilk bileti əldə etmiş şəxs Rusiya vətəndaşıdır.

Stadium.AZ xəbər verir ki, bunu BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Miryam Bogataj Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə,  I Avropa Oyunlarına ilk bileti Rusiyanın Moskva şəhərindən Kseniya Muradova adlı şəxs internet üzərindən onlayn qaydada əldə edib: “O, həmçinin onlayn qaydada qeydiyyatdan keçən ilk şəxs olub. Onun üçün böyük sürpriz hazırlayırıq”.

Qeyd edək ki, biletlərin onlayn qaydada satışına martın 30-dan etibarən başlanılıb. Aprelin 3-dən isə Avropa Oyunlarına biletlərin rəsmi satışı paytaxtdakı bilet satışı məntəqələrində start verilib. Bakıda 12 bilet satışı məntəqəsi yaradılacaq. Onlardan 8-si artıq fəaliyyət göstərir. Əsas bilet satışı məntəqəsi “Park Bulvar” ticarət mərkəzində olacaq. Biletləri Bakıdakı digər böyük mollarda yaradılmış bilet kassalarından da əldə etmək mümkündür. Əlavə olaraq biletlər 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail