"Bakı-2015":obyektlərə çəkilən xərc açıqlandı

03.04.2015 | 3304 dəfə oxunub

Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının büdcəsi üç hissəyə bölünüb: əməliyyat, idman obyektləri və qurğularının inşasına investisiyalar və üçüncü hissə - şəhərin infrastrukturu ilə bağlı olan xərclər.

Stadium.AZ "İnterfaks"a istinadən xəbər verir ki,  bunu Gənclər və idman naziri Azad Rəhimov bildirib.

“Avropa Oyunlarının əməliyyat büdcəsi 959 mln. manat, üstəgəl ehtiyat fonddan 1 mln. 154 min manat təşkil edib. Bu gün artıq büdcənin 60%-ə yaxını müxtəlif əməliyyat xərclərinə sərf olunub” - deyə, nazir bildirib.

Nazir bildirib ki, Olimpiya futbol stadionu 500 mln. manat, Su idmanı növləri sarayı 200 mln. manatdan çox, atıcılıq mərkəzi 110 mln. manat, Heydər Əliyev adına İdman kompleksi və Bulvar Arena hərəsi 50 mln. manata yaxın, Avropa Parkı 100 mln. manatdan az məbləğə başa gəlib.

“Manat və dolların məzənnə fərqi bir qədər dəyişdi və biz potensial olaraq, ölkə büdcəsindən daha çox pul istəyəcəyimizi düşünürdük, lakin fikrimcə, etdiyimiz qənaətin hesabına heç bir qəpik də istəməyəcəyik. Yəni, başladığımız məbləğlə işləri başa çatdıra biləcəyik”, - deyə, Azad Rəhimov qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail