"Vuelta"nın qalibi "Tour d’Azerbaïdjan"da - FOTO

03.04.2015 | 3281 dəfə oxunub

Mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşünin iştirakçıları arasında kifayət qədər tanınmış velosipedçilər olacaq. Stadium.Az xəbər verir ki, onlardan biri Amerika Birləşmiş Ştatlarının "Airgas-Safeway Cycling" komandasının üzvü Kris Hornerdir.

Horner 2013-cü ildə "Radio Shack" komandasının heyətində çıxış edərkən, planetin ən nüfuzlu 3 velosiped yarışından biri sayılan "Vuelta"nın qalibi olmaqla adını dünya idmanı tarixinə yazdırıb. Diqqət çəkən daha bir məqam velosipedçinin bu titulu əldə etmiş ən yaşlı idmançı olmasıdır. Belə ki, Kris Horner 2013-cü ildə "Vuelta" yürüşünün qalibi olarkən 42 yaşının tamam olmasına 1 ay, 8 gün qalmışdı.

Azərbaycana ölkəsinin "Airgas-Safeway Cycling" komandasının heyətində gələcək velosipedçi "Tour d’Azerbaïdjan"da iştirakını karyerasının yeni səhifəsi kimi dəyərləndirib: "20 illik karyeram ərzində dünyanın bir çox yerlərində olmuşam. Həmişə yeni bir ölkəyə getdikdə, yeni mədəniyyətlə tanış olduqda bundan böyük məmnunluq hissi keçirirəm. Odur ki, "Tour d’Azerbaïdjan-2015"də iştirakımı səbirsizliklə gözləyirəm".

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Kris Hornerin "Tour d’Azerbaïdjan-2015" də iştirakını önəmli hadisə kimi dəyərləndirib və bunu yarışın artan nüfuzu kimi dəyərləndirib: "Belə bir idmançını Azərbaycanda görmək olduqca xoşdur və düşünürəm ki, bu amil həm velosipedsevərlərin, həm də mətbuatın böyük marağına səbəb olacaq. Digər tərəfdən, tanınmış velosipedçilərin Azərbaycan Turunda iştirakı yarışımızın dünyada artan nüfuzundan xəbər verir. Bu isə kifayət qədər qürurverici məqamdır" - deyə, Fərhad Əliyev bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail