Avropa Oyunları üçün 600 min bilet

03.04.2015 | 3557 dəfə oxunub

“Bu gün 8 satış məntəqəsi açırıq. Bundan başqa, satışlar yerli şirkətlər vasitəsilə şəhər kənarlarında da olacaq”. Stadium.Az xəbər verir ki, bu sözləri Bakı-2015-in Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı şöbələrinin rəhbəri Miryam Boqotay deyib.

O bildirib ki, digər 4 məntəqə gələn həftədən açılacaq: “Mən hamını online bilet almağa çağırıram. Çünki həmin vaxt əlavə hədiyyələr də olacaq. Gələn həftədən 4 satış məntəqəsi də açacağıq. Amma Avropa Oyunları zamanı bütün idman obyektlərində bilet satışı olacaq”.

Miryam Boqotay qeyd edib ki, açılış mərasimi üçün milli stadiondan bilet satılmayacaq: “600 min bilet satışa çıxarılacaq. Məsləhət görərdim ki, sonuncu günü gözləməyin, indidən bilet alın. Çünki açılış mərasiminə milli stadiondan bilet satılmayacaq. Açılış mərasiminə 40 min bilet olacaq”.

Şöbə rəhbəri qara bazarda bilet satanların cərimələnəcəyini də əlavə edib: “Bileti qara bazardan qorumaq üçün əlavə elementlər var. Bunu açıqlaya bilmərəm. Amma onu söyləyim ki, belə hal olarsa, yüksək məbləğdə cərimə tətbiq olunacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail