Avropa Oyunları öncəsi Prezident Kuboku

03.04.2015 | 3475 dəfə oxunub

Bu gün Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvə Beynəlxalq Prezident Kuboku reqatası start götürəcək. Stadium.Az xəbər verir ki, sayca 8-ci dəfə təşkil olunacaq reqata "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakteri daşıyacaq.

100-dək avarçəkənin qatılacağı yarışda Azərbaycanı hər 3 növ üzrə 70-dək idmançı təmsil edəcək. Onlar Bakı və Mingəçevirdəki "Kür" klubunun yetirmələri, eləcə də müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvləri olacaqlar. Bundan başqa Gürcüstanın bütün növlərdə 22, Türkiyənin isə kayak və kanoe üzrə 8 təmsilçisi çıxış edəcək.

Amma "Bakı 2015"in proqramında akademik avarçəkmə yox, kayak və kanoe növləri yer alır. Bu səbəbdən, əsas diqqətlər hər 2 növ üzrə nüfuzlu reqatalarda öz sözlərini deməyi bacaran Azərbaycan yığmasının aparıcı üzvlərinə yönələcək. Bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko ilə kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskayadır. Eyni zamanda kanoeçilərdən Sergey Bezuqlıy - Aleksey Kupin və kayakçı Mirnazim Cavadovla Tamerlan Mustafayevin çıxışları böyük maraq doğurur.

Prezident Kubokunun daha bir özəlliyi yeni mövsümə start xarakteri daşımasındadır. Məhz bu reqatadan sonra Azərbaycan yığmalarının qarşıdakı daha nüfuzlu yarışlar üçün heyətlər müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar yenilənmiş Olimpiya Mərkəzində keçiriləcək reqataya aprelin 5-də yekun vurulacaq. “Bakı 2015” öncəsi test xarakteri daşıdığından, Prezident Kubokunu Əməliyyat Komitəsinin (BEGOC) nümayəndələri də izləyicəklər. (AMAF)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail