Yığmamızda yeni baş məşqçi

02.04.2015 | 2865 dəfə oxunub

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının baş məşqçi postunda dəyişiklik edilib. Stadium.Az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Yavər Hacıyev məlumat verib.

Hacıyevin sözlərinə görə, bu vəzifəyə polşalı mütəxəssis Miroslav Çoros təyin olunub. Çoros səhhəti ilə əlaqədar istefa vermiş macarıstanlı Tomaş Feheri əvəzləyib. 

Federasiya rəsmisi bildirib ki, ötən ilin sonlarında Gənclər və İdman Nazirliyinə verilən siyahıda Feher baş məşqçi kimi təqdim olunsa da, səhhətində yaranan problem macarıstanlı mütəxəssisin yığmada çalışmasına mane olub. Bu səbəbdən, milliyə polşalı baş məşqçi dəvət olunub. Hacıyev Çorosun hazırda Bakıda olduğunu və aprelin 10-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək Avropa çempionatına yığma ilə birgə yollanacağını açıqlayıb.

Avropa çempionatı aprelin 18-dək davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail