4-ü dayandı, 2-si növbəti mərhələdə

01.04.2015 | 2827 dəfə oxunub

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi boks turniri davam edir. Stadium.Az xəbər verir ki, yarışın ikinci günündə boksçularımızdan ilk olaraq Pərviz Quliyev (64 kq) rinqə çıxıb. Həmyerlimiz gürcü rəqibi İşkeran Madiyevə uduzaraq, mübarizəni dayandırıb – 0:3. 

Yarışda komandamızın heyətində ilk qələbəni 75 kq çəki dərəcəsində çıxış edən Hacı Dilbazov qazanıb. Boksçumuz litvalı Tadaş Sakoçiusu üstələyib – 3:0. Millimizin üzvü növbəti mərhələdə rusiyalı Tulpar Atayevlə üz-üzə gələcək. 

49 kq çəki dərəcəsində mübarizə aparan Samir Hüseynli də komanda yoldaşının uğurunu davam etdirib. Hüseynli Rusiya idmançısı İqor Yeqorovu məğlub edib – 2:1. Boksçumuzun növbəti rəqibi qazasıxtanlı Saken Biboşinov olacaq. 

Elşən Qafarlı (52 kq) yarışla erkən vidalaşıb. Yığmamızın üzvü Gürcüstan nümayəndəsi Georgi Çarqaziyaya uduzub – 0:3. 

Hüseyn Tarverdili (69 kq) irlandiyalı Maykl Nevinə, Əli Qurbanov isə (81 kq) rusiyalı Vitali Baxmatova məğlub olub. 

Yarışa aprelin 3-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail