Avropa Oyunları öncəsi son sınaq

01.04.2015 | 3446 dəfə oxunub

4-5 aprel 2015-ci il tarixdə İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 33-cü beynəlxalq turnir keçiriləcək. Stadium.Az xəbər verir ki, Ahmet Cömert Spor Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.

Turnirdə 9 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu qarşıdan gələn Avropa Oyunlarına hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Murad Məmmədov, Elman Muxtarov (hamısı 59 kq), Rüstəm Əliyev (71 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq) və Saman Təhmasibiyə (98 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.

Turnirin proqramına əsasən, aprelin 4-də 59, 71, 80 və 98 kq, aprelin 5-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, hər gün saat 15.00-da, final görüşləri isə 19:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail