Ermənistan himnini təhqir edən idmançımız: "Qəsdən oturdum" - MÜSAHİBƏ

31.03.2015 | 4137 dəfə oxunub

Məlum olduğu kimi Rusiyanın paytaxtı Moskva şəhərində Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutan azərbaycanlı idmançı Bəxtiyar Abbasov qaliblərin mükafatlandırılması zamanı Ermənistan himninə ayaq üstə deyil, oturaraq qulaq asıb. Stadium.Az xəbər verir ki, bu olay artıq iki gündür ki, ölkə mediasının gündəmindən düşməyib. Bəxtiyar Abbasov həmin hadisə ilə bağlı fikirlərini bölüşüb.

- Ermənistan himninin çalınması zamanı ayaqüstə dayanmamağınızın səbəbini necə izah edərdiniz?

- Mənim yerimə başqa azərbaycanlı olsaydı, neynərdi? Yarışda məni sıxışdırdılar, nəticədə erməni idmançı çempion oldu. Mən Xocavənd rayonundanam, qarabağlıyam. Bizim nəsildə 40-dan çox şəhid var. Fikirləşin, bu qədər şəhid acısı daşıyan biri erməni himnini ayaqüstə dinləyə bilərdimi? Əlbəttə ki, yox. Hələ mən ona hörmət etmişəm. Bu yarış ermənilərin çoxluq təşkil etdiyi şəhərdə keçirilib. Özüm qəsdən oturmuşam. Bu, mənim qandan gələn xarakterimdi. Bundan sonra yenə də yarış olsa, belə hal təkrarlansa, ayağa qalxmaram. Mən çox yarışlarda olmuşam. Hansı dövlətin himni səslənib qulaq asmışam. Erməni himnini isə ayaqüstə qulaq asa bilmərəm. Əgər hansısa azərbaycanlı ayağa qalxardısa o, azərbaycanlı deyil. Mən şəxsən elə fikirləşirəm.

- Qaliblərin mükafatlandırılması mərasimi başa çatandan sonra atdığınız bu addıma görə sizə qarşı hər hansı reaksiya oldumu?

- Yox, Moskvada heç nə olmadı. Təpki Azərbaycanda oldu.

- Sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Yaqub Abdullayev mətbuata belə bir açıqlama verib ki, erməni himni səslənəndə Bəxtiyar Abbasov özünü pis hiss etdiyinə görə oturub. Bu fikirlə razısınızmı?

- Bəli, erməni himni çalınanda özümü pis hiss etmişəm. Həmin vaxt mənim heç yerim ağrımayıb. Şikayətim də olmayıb, sağlamlığım yerində olub. Sadəcə mənə aid olmayan himn səslənəndə oturmuşam. Bu gün martın 31-dir. Görün, onlar nələr törədib, nələr edib? Bəlkə kimlərsə bunu yaddan çıxarıb, amma mən əsla çıxarmaram. Xocalı faciəsi, başqa bəlalar... Qarabağda uşağının yanında maşına bağlanıb başı, əlləri bədənindən ayrılan insanlar var. Bu səbəbdən mən o himni tanımıram.

Mənbə: aznews.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail