Kikboksinq Federasiyasından Eduard Məmmədovla bağlı sərt açıqlama

31.03.2015 | 4491 dəfə oxunub

Azərbaycan Kikboksinq Federasifasının vitse-prezidenti Güloğlan Cabbarov tanınmış kikboksinq ustası Eduard Məmmədova qarşı sensasion açıqlama ilə çıxış edib. Stadium.Az xəbər verir ki, vitse-prezident idmançını qeyri-rəsmi turnirlərdə iştirak etməkdə ittiham edib:

"Eduard Məmmədov bizim ən titullu idmançımızdır. Təəsüflər olsun ki, onun başı ciddi yarışlara yox, heç kim tərəfindən rəsmi qəbul edilməyən turnirlərə qarışıb. Mən tam rəsmi şəkildə demək istəyirəm ki, nə biz, nə də Gənclər və İdman Nazirliyi Ümumdünya Kikboksinq Assosiasiyasının (WAKO) təşkilatçığı altında keçirilən yarışlardan başqa heç bir yarışı tanımırıq və orada qazanılan hər bir "titulu"da qəbul etmirik. Təkcə biz yox, hətta kikboksinq aləmində məşhur olan ölkələr də həmçinin. Bizim kikboksinq üzrə 2009-cu ildən sonra heç bir dünya çempionumuz olmayıb. Eduard WAKO üzrə 3 qat Dünya çempionudur və bu böyük bir uğurdur. Amma Eduard belə hərəkətləriylə, belə saxta titullarla öz həqiqi nəticələrini ucuzlaşdırır. Ciddi yarışlara hər hansı bir bəhanə ilə qatılmaq istəmir və nəticədə titul dalınca qaçaraq, özünü də, bizim idman növünü də gözdən salır. Onu da qeyd edim ki, bizim yığmamızın kikbokçuları Eduard qatılan yarışlara bir məşq kimi baxır və heç kəs orada qazanılan qələbələri əlində bayraq etmir”, - deyə Güloğlan Cabbarov bildirib.

Eduard Məmmədov yerli KİV-ə 21-cdəfə dünya çempionu olduğunu rəsmən bəyan edib. (ATV)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail