İdmançılar Vüqar Həşimovla bağlı prezidentə müraciət etdi

31.03.2015 | 3595 dəfə oxunub

Azərbaycanın məşhur idmançıları – müxtəlif növlər üzrə olimpiya, dünya və Avropa çempionları şahmat üzrə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi mərhum Vüqar Həşimovla bağlı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Stadium.Az xəbər verir ki, müraciətdə Azərbaycanda idmanın bütün növlərinin inkişafda olduğu, idmançılara dövlət səviyyəsində qayğı göstərildiyi qeyd olunub. Titullu idmançılar daim idmançıları diqqətdə saxlayan dövlət başçısına minnətdarlığını bildirib.

Ölkənin məşhur idmançıları dövlət başçısından mərhum Vüqar Həşimovun adının əbədiləşdirilməsinə köməklik göstərməsi üçün xahiş edib. Məktubda Bakı şəhərindəki küçələrdən birinə Vüqarın adının verilməsi, onun yaşadığı binanın üzərinə xatirə lövhəsinin vurulması, Respublika Şahmat Mərkəzinə onun adının verilməsi təklif olunur. Müraciətdə eyni zamanda Vüqarın adına Azərbaycanda Şahmat Akademiyasının açılması, onun xatirəsinə keçirilən turnirlərin ənənəvi hal alması xahiş edilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail