Uğursuz start

31.03.2015 | 3566 dəfə oxunub

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi boks turnirinə start verilib. Stadium.Az xəbər verir ki, yarışda 10 çəki dərəcəsi üzrə 182 idmançı mübarizə aparır.

Turnirin ilk günündə 49 kq çəki dərəcəsində çıxış edən Ruslan Rüstəmov rusiyalı İqor Yeqorova 0:3 hesabı ilə uduzub. Akif Əsədov da (64 kq) yerli idmançıya məğlub olaraq, mübarizəni dayandırıb. Boksçumuz İvan Kozlovski ilə qarşılaşmadan məğlub ayrılıb. 

Şamil Səfərəliyev (91 kq) ilk görüşdə Qazaxıstan təmsilçisi Nursultan Koqbergenovla üz-üzə gəlib. Təəssüf ki, bu görüşdə də rəqib idmançı qələbəyə sevinib – 0:3. 

64 kq çəki dərəcəsində mübarizə aparan daha bir boksçumuz – İsmayıl Hüseynov yarışdan kənarda qalıb. Həmyerlimiz Rusiyanı təmsil edən Aytal Dyakonova məğlub olub. 

Elxan Əliyev də (69 kq) rusiyalı Andrey Kosenkovla görüşdə ümidləri doğrultmayıb – 0:3. Superağır çəki dərəcəsində Kənan Xəlilov Rusiya boksçusu Valeri Topuzyana uduzub – 0:3. 

60 kq çəki dərəcəsində Elməddin İsmayılov da yarışı tərk edənlər sırasındadı. O, rusiyalı Süleyman Bammatovla bacarmayıb. 


Bu gün isə rinqə daha 6 boksçumuz çıxacaq:
64 kq. Pərviz Quliyev – İşkerxan Madiyev (Gürcüstan) 
75 kq. Hacı Dilbazov – Tadaş Sakoçius (Litva) 
49 kq. Samir Hüseynli – İqor Yeqorov (Rusiya) 
52 kq. Elcan Qafarlı – Georgi Çarqaziya (Gürcüstan) 
69 kq. Hüseyn Tarverdili – Maykl Nevin (İrlandiya) 
81 kq. Əli Qurbanov – Vitali Baxmatov (Rusiya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail