Yığmamızın liderindən möhtəşəm nəticə

30.03.2015 | 2986 dəfə oxunub

Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatıb. Stadium.Az xəbər verir ki, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb.

Yığmamızın lideri və Avropa Oyunlarının idman səfiri top və lent ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də 4-cü, çoxnövçülükdə 5-ci yeri tutub.

Digər bürünc medal isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirində iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyevanın aktivindədi.

Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Onlar əfsanəvi pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur çıxışları bütün tamaşaçıları ayağa qaldırsa da, yekunda 4-cü yerlə kifayətləniblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail