Moskvada 8 medal

30.03.2015 | 2750 dəfə oxunub

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin şərəfinə sambo üzrə keçirilən Dünya Kubokuna yekun vurulub. Stadium.Az xəbər verir ki, Avropa Oyunlarına hazırlığın növbəti mərhələsi kimi bu yarışa qatılan Azərbaycan millisi 8 medal qazanıb.

Komandamızın heyətində ən yaxşı nəticəni Amil Qasımov (74 kq) göstərib. O, bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda uduzan Nəsimi Umbayevlə (52 kq) Emil Həsənov (68 kq) gümüş medalla kifayətlənib.

Millimizin heyətində bürünc medal qazananlar sırasında əsas diqqəti cəlb edən Mövlud Mirəliyevdi (100 kq). Pekin-2008-in cüdo yarışında bürünc medal qazandıqdan sonra karyerasını başa vuran, ardında Avropa Oyunlarında samboda gücünü yoxlamağa qərar verən təmsilçimiz Dünya Kubokunda da üçüncü olub.

Onunla yanaşı, Elmuraz Qasımov (100 kq) və Bəxtiyar Abbasov  (90 kq) da bürünc medala layiq görülüb.

Döyüş sambosunda isə Elnur Əhmədov (62 kq) və Kənan Qasımov (90 kq) ilk “üçlüyü” qapayıb.  

Yarışda ümumilikdə 34 ölkədən 250 samboçu gücünü yoxlayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail