Yığmamız 3 üzvü finalın bir addımlığında uduzdu

27.03.2015 | 3253 dəfə oxunub

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Stadium.Az xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın dördüncü günündə 53, 58, 63 və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.

53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında  bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finalda başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrundan həlledici görüşdə güləşçimiz Bolqarıstanlı həmkarı ilə qarşılaşacaq. 

63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə Rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarıçfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə onun rəqibi Polşa idmançısı olacaq. 

Gənclər arasında Dünya və Avropa çempionumuz Səbirə Əliyeva (75 kq) çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməlidir. 

Final görüşləri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Məlumat üçün bildirək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.

53 kq 
1/8 final - Marina Rueda (ESP) - Solmaz Həşimzadə 2:10
1/4 final - Solmaz Həşimzadə - Simona Pricob (ROU) 5:0 (təmiz qələbə)
1/2 final - Liliya Horişna (UKR) - Solmaz Həşimzadə 11:2
Bürünc medal görüşü - Pepa Dmitrova (BUL) - Solmaz Həşimzadə 

63 kq 
1/4 final - Elmira Qəmbərova - Lyubov Oçarova (RUS) 17:4 (təmiz qələbə)
1/2 final - Adela Hanzliçkova (CZE) - Elmira Qəmbərova 0:5
Bürünc medal görüşü - Aqniezska Krol (POL) - Elmira Qəmbərova

75 kq 
1/4 final - Səbirə Əliyeva - Daria Osoçka (POL) 6:13
Bürünc medal görüşü - Səbirə Əliyeva - Zsanett Nemeth (HUN) 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail