FİFA DÇ-2018-lə bağlı qərarın açıqladı

24.03.2015 | 3191 dəfə oxunub

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin formatı təsdiqlənib.

Stadium.az xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib.

O bildirib ki, ötən gün keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında bununla bağlı qərarlar qəbul edilib.

Qərara əsasən, 52 millinin iştirak edəcəyi seçmə mərhələ 9 qrupdan ibarət olacaq. Qrupların yeddisində altı komanda, ikisində beş komanda yer alacaq.

Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutanlardan 8 ən güclüsü isə "pley-off" oynayacaq və daha 4 vəsiqənin taleyinə aydınlıq gətirəcək.

Qeyd edək ki, "DÇ-2018"in Avropa zonası üzrə seçmə mərhələsinin oyunları 2016-ci ilin sentyabr və 2017-ci ilin noyabr tarixləri arası keçiriləcək.

Əlavə edək ki, "DÇ-2018"in final mərhələsi iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda oynanılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail