"Bakı-2015": 3D şousu

23.03.2015 | 3466 dəfə oxunub

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi Dənizkənarı parkda çoxsaylı idman tədbirləri keçirərək Azərbaycan xalqı ilə birgə Novruz bayramını qeyd edib. Stadium.Az xəbər verir ki, yarışın Novruz festivalı şəhərin möhtəşəm tikililərindən biri olan Muzey Mərkəzinin binası üzərində 3D şou ilə başa çatıb.

Minlərlə paytaxt sakini aydın və günəşli bir gündə ailəlikcə festivalı izləməyə gəlib və Bakı-2015 I Avropa Oyunların idman növləri haqqında məlumatlanma imkanı əldə edib. Həmçinin, interaktiv nümayiş stendlərində həmin idman növləri üzrə özlərini sınadıqları bayram tədbirlərinə qatılıblar.

Son üç gün ərzində hər gün 4 müxtəlif idman növü təqdim edilib. Buraya velosiped idmanı, gimnastika, triatlon, taekvondo və güləş də daxil olmaqla bu ilin iyun ayında Bakı-2015 Avropa Oyunlarında yarışlar aparılacaq bütün idman növləri daxil idi. Festivala gəlmiş insanlar uşaqları əyləndirən və onlarla birgə şəkil çəkdirən simvollarımız Nar və Ceyranla tanış olmaq şansını da əldə ediblər.

Gecə Bakı-2015-in Ulduz Elçilərindən biri olan DJ Shock-un çıxışı ilə davam edib. Bu çıxışı izləyən tamaşaçılar çimərlik futbolu üzrə gənc oyunçular arasında ən yaxşı BTT ustalarından bəzilərinin nümayişləri ilə yanaşı, stolüstü tennis və güləş üzrə canlı yarışları da seyr etmək imkanına sahib olublar.

Bakı-2015-in fəxri könüllüləri olan 100-dən çox Alov Qoruyanın da iştirak etdiyi Bakı-2015 Novruz festivalı idman və Novruz ənənələrini nümayiş etdirərək və onlayn bilet satışının başlamasını qeyd edərək Muzey Mərkəzinin binası üzərində möhtəşəm 3D şousu ilə başa çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail