"Dirəklər rəqibi xilas etdi"

22.03.2015 | 2721 dəfə oxunub

"Ağır oyun oldu. Rəqibin qapıçısı da gözəl oyun sərgilədi".

Stadium.Az xəbər verir ki, bu sözləri futzal üzrə yığma komandamızın baş məşqçisi Tino Peres deyib.

Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində qrupun son matçında Ukraynaya məğlub olan millimiz "pley-off"da iştirak etmək hüququ qazanıb. Tino Peres bunu təcrübəsizliklə əlaqələndirib: "İlk hissədə qayda pozuntuları çox oldu. Dirəklər də rəqibi xilas etdi. Fərqi azaltdıqdan sonra topa nəzarət etməyə məcbur idik, ona görə də 5 nəfərlə oynadıq. 4 nəfərlə çıxış edəndə onlar bizdən güclü idi. Təəssüf ki, top dirəyə dəydikdən sonra qapıya yox, kənara çıxdı. Geridə qalan 3 oyunu təhlil etsək, görərik ki, biz bir az təcrübəsiz idik. Milli komandanın bünövrəsi indi qurulur, bu səbəbdən də bir az çətinliyimiz olacaq".

Yığmamız Belçika və Danimarkaya qalib gəlsə də, həlledici görüşdə Ukraynaya uduzaraq, qrup ikincisi kimi "pley-off"a vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail