Həşimovun xatirəsinə həsr olunan turnir canlı yayımlanacaq

19.03.2015 | 3677 dəfə oxunub

“Synergy Group”un təşkilatçılığı və sponsorluğu ilə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2015” turniri ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. Stadium.Az xəbər verir ki, ötən il olduğu kimi, bu il də canlı izlənəcək “Shamkir Chess 2015” üç dildə yayımlanacaq. Azərbaycan dilində partiyaları vaxtı ilə Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku rus dilində, ingilis dilində isə ukraynalı qrossmeyster, FİDE şərhçisi Evqeni Miroşniçenko şərh edəcək.

Dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşi-Lagrav, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov Şəmkir turnirinin qalibini müəyyən edəcəklər. Bu “Shamkir Chess-2015”in geniş yayımlanması və yayılması üçün mükəmməl bir vasitə olacaq.

Yaxın günlərdə www.shamkirchess.az veb səhifəsi də yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super-turnir ilə bağlı ətraflı məlumat, adı çəkilən şahmatçıların Şəmkirdə keçirdiyi vaxt və eyni zamanda oyunları canlı izləmək üçün burada xüsusi pəncərə yaradılıb. Əlavə olaraq www.chess.com veb-səhifəsi də aprelin 16-26-da bu turniri canlı izləmək imkanı yaradacaq.

"Shamkir Chess-2015”in dünyadan böyük maraqla qarşılandığını nəzərə alaraq, sosial mediadan geniş şəkildə istifadə olunur. “ShamkirChess2015” facebook, twitter və instagram səhifələri mütəmadi olaraq yenilənir və şahmatsevənlərin sualları cavablandırılır.

"Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına töhfə veririk”. Bir daha qeyd etmək istərdik ki, “Shamkir Chess-2015” 16 aprel tarixində Şəmkir şəhərində Heydər Əliyev adına mərkəzində başlayacaq və 10 gün davam edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail