"Bakı-2015": Ölkəmizə neçə avropalı jurnalist gələcək?

18.03.2015 | 3493 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Avropa Milli Olimpiya Komitələrinin mətbuat xidmətləri və beynəlxalq media nümayəndələri üçün nəzərdə tutulan ikinci və yekun kommunikasiya seminarına ev sahibliyi edib. Yarışın Stadium.Az xəbər verir ki, 2 günlük proqram müddətində Avropadan olan 54 nümayəndə Bakı-2015 obyektlərini ziyarət edib və Oyunlarına hazırlıq işlərini, yarış zamanı media nümayəndələri üçün təşkil olunacaq şəraiti əhatə edən plenar sessiyaya qatılıb.

Mətbuat Əməliyyatları, Protokol, Yayım və Kommunikasiya şöbələrinin rəhbər heyətləri daxil olmaqla, bir neçə Bakı-2015 direktoratlığıseminar iştirakçıları üçün təqdimatlar ediblər. Nümayəndələr, həmçinin, yeni ilin və baharın gəlişini xəbər verən Novruzun axır çərşənbəsini də qeyd ediblər.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların ilk Avropa Oyunlarını işıqlandıracaq media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi bizim üçün çox vacibdi: “Bütövlükdə Avropanı qitənin idman təqvimində yer alan bu geniş miqyaslı tədbirlə yaxından tanış etmək, Oyunlarla bağlı gözləntiləri artırmağa kömək etmək və Azərbaycanda gördüyümüz işlər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün Milli Olimpiya Komitələrinin dəstək və əməkdaşlığı böyük əhəmiyyət kəsb edir”.

Milli Olimpiya Komitələrinin kommunikasiya əməkdaşları ilə yanaşı, 1000-dən çox avropalı jurnalistin Bakı-2015 Avropa Oyunlarına qatılması nəzərdə tutulur. Mətbuatın böyük maraq göstərməsi səbəbilə jurnalistlərin akkreditasiyası üçün son müraciət tarixi  aprel 3-dək uzadılıb.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs qeyd edib ki, bu, Avropa Milli Olimpiya Komitələrini və mətbuatı Oyunlar haqqında məlumatlandırmaq, yarış zamanı Bakı-2015 Əməliyyat Komitəsinin necə işləyəcəyini onlara tam şəkildə izah etmək üçün əla fürsətdi: “Biz, həmçinin, Bakı 2015 Avropa Oyunları zamanı “I-Zona”nın işləmə prinsiplərini nümayiş etdirmək imkanı da əldə etdik. Bu, Oyunlar zamanı Media “Mix” Zonasını və Media Konfrans Otağını əvəzləyəcək yeni konsepsiyadı”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari də Milli Olimpiya Komitələrinin Bakı-2015 yarışla bağlı hazırlıq işlərinə tam şəkildə cəlb olunması bizim üçün çox əhəmiyyətlidi: “Biz ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım edəcək bütün müvafiq yenilik və xəbərlərin çatdırılması üçün onlarla sıx əməkdaşlıq edirik”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail