Qurbanov və Səlimov hamını qabaqladı

16.03.2015 | 3448 dəfə oxunub

Ümumdünya Boks Seriyası (WSB) IX turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, “Baku Fires” klubunun iki üzvü reytinqdə 1-ci yeri tutur.

56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyiciləri amerikalı Fransisko Martinez və irlandiyalı Maykl Konlandı.

Albert Səlimov da fərdi reytinqdə 1-ci yeri tutur. 4 görüşdən sonra aktivində 20 xalı olan boksçumuz kubalı Lazaro Estrada (18 xal) və rusiyalı Adlan Abduraşidovu (15 xal) qabaqlayır.

Heybətulla Hacəliyev (64 kq) Venesuela boksçusu üzərində qələbədən sonra 2-ci pilləyə yüksəlib. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadı. Meksikalı Raul Qarsiya 18 xalla 3-cüdü.

69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov reytinqdə 4-cü yerdədi. Bu çəkidə Rəcəb Butayev (Rusiya) liderdi. Mərakeşli Məhəmməd Rabii və irlandiyalı Stiver Donelli 2-3-ci yerləri tuturlar. Amma Bağırov digər rəqiblərinə nisbətən 1 görüş az keçirib.

Soltan Migitinov 81 kq çəki dərəcəsində reytinqdə 5-ci sıradadı. O, kubalı Julio La Kruz Pereza, italiyalı Valentino Manfredonia, xorvatiyalı Hrvoje Sep və rusiyalı Pavel Silyagindən geri qalır.

“Caciques Venezuela” klubu ilə qarşılaşmada nokautla növbəti qələbəsini qazanan Abdulqadir Abdullayev (91 kq) hələ ki fərdi reytinqdə 4-cü yeri tutur. “Baku Fires” klubunun üzvü 4 görüşdən sonra 20 xal toplayıb. Qazaxıstan boksçusu Vasili Levit bu çəkidə liderdi. Kuba təmsilçisi Erislandi Savon 2-ci, polşalı İqor Yakubovski isə 3-cü yeri tutur. Abdullayev liderdən 3 xal geri qalır.

Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 3-cü pillədədi. Siyahıya 20 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədi.

49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail