3 qat dünya çempionu Bakıya gələcək

16.03.2015 | 3126 dəfə oxunub

Dünya çempionları Alsim Çernoskulov və Artyom Osipenko Bakı 2015-də yarışacaq Rusiyanın qabaqcıl samboçularıdır. Stadium.Az xəbər verir ki, üç dəfə dünya çempionu Çernoskulov Bakı 2015 Avropa Oyunlarına lisenziya qazanmaq üçün finalda Arsen Handyajyanı məğlub edərək 90 kq çəki üzrə Rusiyanın kişilər arasında Sambo yarışlarının qalibi olub.

Seçmə yarışları Sankt-Peterburq da keçirilib və yarışlarda 400-dən çox sambo güləşçisi iştirak edib. Səkkiz çəki üzrə qaliblər Bakı 2015 Avropa Oyunlarında, eləcə də noyabr ayında Mərakeşdə keçiriləcək sambo üzrə dünya çempionatına lisenziya əldə ediblər.

Yarışlara ev sahibliyi edəcək Azərbaycan və Belarus istisna olmaqla, Rusiya digər iştirakçı ölkələr arasında Bakı 2015 Avropa Oyunlarında səkkiz çəki dərəcəsinin (kişilər arasında 57 kq, 74 kq, 90 kq və + 100 kq; qadınlar arasında 52 kq, 60 kq, 64 kq və 68 kq) hər birində təmsil olunacaq yeganə ölkədir.

Osipenko, finalda çəkisi 160 kq, boyu 1,97m olan Rüstəm Arslanovu məğlub edərək +100 kq-da Rusiya yığma komandasını təmsil etmək hüququ qazanıb.

“Artym qalib gəldi, amma çətinliklə”, - deyə Rusiyanın kişilərdən ibarət sambo komandasının məşqçisi Dmitri Troşkin bildirib və belə əlavə edib: “Artyom boyca daha kiçik olsa da, məharətlə döyüşdü və taktiki fəndlər sayəsində qalib gəldi. Bir neçə vəziyyətdə o aşırma fəndini yerinə yetirə bilərdi, lakin o, həmin vəziyyətlərdən istifadə etməmək qərarına gəldi. Ümumiyyətlə, Dünya Çempionatında və Bakı 2015 Avropa Oyunlarında iştirak hüququ qazanması onun üçün uğur sayılmalıdır.”

Son Avropa çempionu Aymergen Atkunov finalda Sayan Xerteki məğlub etməklə 57 kq çəki dərəcəsində qələbə qazanıb.

Sambo üzrə 16 ölkənin iştirak (doqquz ölkədən digər çəki dərəcələri ilə müqayisədə ən çox bu çəkidə idmançı mübarizə aparacaq) edəcəyi Bakı 2015 Oyunlarında kişilər arasında 74 kq çəki dərəcəsində keçiriləcək yarışların ən gərgin yarışlar olacağı gözlənilir.

Rusiyanı 74 kq çəki dərəcəsində bu ölkənin seçmə sambo yarışlarında debüt etmiş güləşçisi Azamat Sidakov təmsil edəcək.

“Bu kateqoriya üzrə həmişə qızğın mübarizə gedir və bu amil daha qiymətli Stavropol əyalətinin nümayəndəsi  Azamat Sidakovun qələbəsini daha da qiymətli edir”, - deyə Cənab Troçkin bildirib.

Qadınlar arasında 64kq çəki dərəcəsində Rusiyanı Ulyana Bessonovanı məğlub etmiş debütant Anna Şerbakova təmsil edəcək.

2013-cü  ildə keçirilmiş Dünya Çempionatının bürünc mükafatçısı Olqa Zaxartsova finalda Yekaterina Onopriyenkonu məğlub edərək 68 kq-da qalib olmuşdu.

Anna Xaritonova 52 kq çəki dərcəsində,  Svetlana Burtseva isə 60 kq-da qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail