"Bakı-2015": Su polosu üzrə son təsnifat yarışları

16.03.2015 | 3343 dəfə oxunub

Bakı 2015 çərçivəsində Su Polosu turnirlərində iştirak uğrunda yarışlar bütün Avropa ölkələrində keçiriləcək. Stadium.Az xəbər verir ki, Bakı 2015 Avropa Oyunları çərçivəsində 16 komandanın iştirakı edəcəyi kişilər arasında Su Polosu yarışlarında iştirak hüququ əldə etmək məqsədilə son səkkiz lisenziya uğrunda 22 ölkə, 12 komandanın iştirakı edəcəyi qadınlar arasında Su Polosu yarışlarında iştirak hüququ əldə etmək məqsədilə isə son altı lisenziya uğrunda 13 ölkə mübarizə aparacaq.

Kişilər arasında təsnifat yarışları dörd qrupda keçirilir və hər qrupda ilk iki yeri tutacaq komandalar Azərbaycandakı yarışlara qatılmaq hüququ əldə edəcəklər. Yarışlarda həmin ölkələrlə yanaşı ötən il kiçik qitə çempionatında seçmə yarışların qalibi olmuş  və kişilərdən ibarət yeddi komanda və yarışlara ev sahibliyi edəcək Azərbaycan da təmsil olunacaq.

Qadınlardan ibarət  komandaların iştirakı ilə üç seçmə qrupda mübarizə aparan komandalardan da ilk iki yeri tutacaq komandalarla yanaşı  ötən il kiçik qitə çempionatında seçmə yarışların qalibi olmuş  beş komanda və yarışlara ev sahibliyi edəcək Azərbaycan sambo yarışlarında iştirak edəcək.

Hər iki təsnifat yarışı martın 15-dək davam edəcək.

Kişilərin yarışlarına ev sahibliyi edən ölkələr Hollandiya (Yunanıstan, Ukrayna, Belarus, Sloveniya və Portuqaliya ilə birlikdə A qrupunda); Avstriya (Türkiyə, Gürcüstan, Slovakiya, Bolqarıstan və Moldova ilə birlikdə B qrupunda); Polşa (Rumıniya, Fransa, İsrail və Çex Respublikası ilə birlikdə C qrupunda) və Maltadır (Almaniya Böyük Britaniya, İsveçrə və Latviya ilə birlikdə D qrupunda).

Qadınlardan ibarət komandalar arasında yarışlar isə üç qrupda - Fransanın (Böyük Britaniya, Çexiya, İsveçrə və Portuqaliya ilə birlikdə A Qrupunda), Slovakiyanın (Türkiyə, İsrail və Bolqarıstanla birlikdə B Qrupunda) və Serbiyanın (Almaniya, Xorvatiya və Rumıniya ilə birlikdə C qrupunda) ev sahibliyi ilə keçirilir.

Malta yığmasının baş məşqçisi Karl İzzo hesab edir ki, kişilərin D qrupunda təmsil olunan Almaniya ən güclü tərəfdir, Britaniya da fiziki hazırlıq baxımından çox güclüdür.

“Biz yəqin ki, Britaniyalılarla və İsveçrə ilə mübarizə aparacağıq  və tam potensialımızla oynaya bilsək,  bu bizə Bakıdakı Oyunlara vəsiqə qazanmaq şansı verir.” - deyə İzzo “Times of Malta” qəzetinə bildirib.

Böyük Britaniyanın qadınlardan ibarət yığmasının baş məşqçisi cənab Nik Buller son hazırlıqlar çərçivəsində A qrupundakı komandalardan olan Fransa və Çexiya üzərində qələbədən sonra turnirə qatılacaqlarından əmin olduğunu deyiblər.

“Komanda daxilində inam yüksəkdir və biz Fransa və Çexiyaya qarşı çıxışlarımızı təkrar etmək əzmindəyik”, - deyə cənab Buller bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail