Millimiz İtaliyaya getdi

16.03.2015 | 2975 dəfə oxunub

Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız İtaliyaya təlim-məşq toplanışına yollanıb. Stadium.Az xəbər verir ki, yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.

Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq) , dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edir. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.

Xatırladaq ki, komandamız buna qədər Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib.  Apreldə isə yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan “İpək Yolu” turnirində mübarizə aparacaq.

Milli komandamızın heyəti

49 kq: Salman Əlizadə 
52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə  
56  kq: Cavid Çələbiyev, Tayfur Əliyev 
60 kq: Elvin İsayev
64 kq: Lorenzo Sotomayor
69 kq: Tamerlan Abdullayev
75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı
81 kq: Rauf Rəhimov 
+91 kq: Məhəmmədrəsul Məcidov 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail