Antalyada 3 medal

16.03.2015 | 2999 dəfə oxunub

Türkiyənin Antalya şəhərində ağır atletika üzrə kişi və qadınlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının III çempionatı keçirilir. Stadium.Az xəbər verir ki, “Zirvə” İdman Klubu öz beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində bu mötəbər turnirə sponsorluq etmək qərarına gəlib. Bu yolla tək Azərbaycan deyil, həm də Türkiyə və dünya ağır atletikasına dəstək vermək məqsədi güdən klub bu siyasətini davam etdirəcək.

Yarışın özünə gəlincə, ölkəmizi 6 idmançı təmsil edir. Kişi yığmamızın heyətində 5 ağırlıqqaldıran yer alıb ki, onlardan ikisi Məhəmməd Məmmədli (62 kq) və Elşad Şərifov (77 kq) “Zirvə” İdman Klubunun yetirmələridir. Digər üç atlet isə Allahyar Abışov (56 kq), Rauf Nəbiyev (69 kq) və Həmid Qocayevdir (85 kq).

Qadınların yarışında isə cəmi bir atlet Azərbaycan bayrağını fəxri kürsüdə dalğalandırmaq üçün mübarizə aparıb. Bu, “Zirvə” İdman Klubunun nümayəndəsi Elnarə Abbasovadır (58 kq).

56 kq çəki dərəcəsində mübarizə aparan Allahyar Abışov 231 kq (104+127) toplam çəki qaldıraraq gümüş medal qazanıb. Fəxri kürsünün ikinci pilləsinə qalxan həmyerlimiz yalnız iraqlı həmkarı – 246 kq (109+137) nəticə götərən Əli Əhməddən geri qalıb.

Qadınların yarışında Azərbaycanı təmsil edən Elnarə Abbasova da ona olan etimadı doğruldub. “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, toplamda 172 kq (77+95) nəticə göstərərək gümüş medala yiyələnib.

Kişi yığmamızın heyətində “Zirvəçilər”dən Elşad Şərifov 77 kq çəki dərəcəsində mübarizəyə qoşulub. O, birdən qaldırma hərəkətində 127 kq, təkanla qaldırmada isə 162 kq-ın öhdəsindən gəlib. Toplamda 289 kq (127+162) nəticə göstərən Elşad bürünc medala sahib çıxıb. O, fəxri kürsüdə türkiyəli Daniyar İsmayılov (330 kq) və iraqlı Saad Sarmadla (296 kq) birlikdə yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail