"Qəbələ"lilərdən uğurlu döyüşlər

16.03.2015 | 2984 dəfə oxunub

"Sərhədçi” Olimpiya Mərkəzində həvəskar və peşəkar MMA döyüşçüləri arasında “Grand Prix Azerbaijan Fight Club” keçirilib. Stadium.Az xəbər verir ki, bu yarış ənənəvi olaraq bir neçə aydan bir keçiriləcək turnirlərdən ibarət “Azerbaijan Fight Series” layihəsi çərçivəsində baş tutub.

“Azerbaijan Fight Club”un prezidenti Şəhriyar Abbasovun təşkilatçılığı ilə gerçəkləşən layihə MMA idman növünün ölkəmizdə populyarlaşması və inkişafına xidmət edəcək. “Grand Prix Azerbaijan Fight Club”da 10 klubdan olan idmançıların iştirakı ilə həvəskar və peşəkar döyüşlər təşkil olunub. Yarışa 5 idmançı ilə qatılan “Qəbələ” İdman Klubunu 3 həvəskar və 2 peşəkar döyüşçü təmsil edib.

Həvəskarların mübarizəsində Fuad Musayev uğur qazanıb. Qəbələ rayon bölməsinin təmsilçisi 66 kq çəki dərəcəsində keçirdiyi 2 görüşdə qalib gələrək finala yüksəlib. Yalnız həlledici döyüşdə uduzan Musayev yarışı 2-ci yerdə başa vurub.

Yarış peşəkarların iştirakı ilə keçirilən 14 döyüşlə yekunlaşıb. Rinqə çıxan hər iki “Qəbələ” təmsilçisi döyüşü vaxtından əvvəl qazanılan təmiz qələbə ilə başa vurub. 70 kq çəki dərəcəsində Nəriman Abbasov rəqibindən üstün olub. Cəfər İsmiyev isə 77 kq çəki dərəcəsində keçirdiyi döyüşü qələbə ilə bitirib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail