Federasiya kubokuna yekun vuruldu

14.03.2015 | 2666 dəfə oxunub

Xocahəsən Dağ Velosipedi Parkında idmanın bu növü üzrə açıq Federasiya kuboku yarışı keçirilib. Stadium.Az xəbər verir ki, "Bakı-2015" ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul edəcək məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da iştirak edib.

Müxtəlif yaş qrupuna aid 30-dan artıq velosipedçinin mübarizə apardığı yarışda iştirakçılar uzunluğu 4,5 km olan marşrut boyunca 3 dövrə vurublar. Kifayət qədər mürəkkəb, enişli-yoxuşlu və sərt döngələri ilə yadda qalan mübarizənin yekununda yeniyetmə və gənclər arasında "Neftçi İdman Klubu" İctimai Birliyinin təmsilçiləri Musa Mikayılzadə və Vüqar Nəsibov müvafiq olaraq 1-2-ci yerləri tutublar. İlk üçlüyü Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin nümayəndəsi Samir Şıxəlizadə tamamlayıb.

Elit və U-23 yaş kateqoriyasında isə gözlənildiyi kimi, Avropa Oyunlarında iştirak etməyə namizədlər, dağ velosipedi üzrə yığma komandamızın üzvləri, Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin təmsilçiləri fəxri kürsüyə qalxıblar. Zədəli Aqşin İsmayılovun yoxluğunda əsas mübarizə Orxan Məmmədov, Aqşin Bağırlı və Murad Sultanov arasında gedib. Əsas rəqiblərindən bir qədər önə keçməyi bacaran Orxan yekunda Federasiya Kubokunu başı üzərinə qaldırıb. Aqşin və Murad isə sonrakı 2 yeri tutublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail