"Baku Fires" növbəti döyüş üçün heyətini açıqladı

12.03.2015 | 3215 dəfə oxunub

Martın 14-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun görüşü keçiriləcək. Stadium.Az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” klubu “Caciques Venezuela” komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Caciques Venezuela” 
49 kq. Cavid Dadaşov  – Martinez Kordova  
56 kq. Məhəmməd Qurbanov – Villaviçenzio Rodriges  
64 kq. Heybətulla Hacəliyev  – Arkon Dias  
75 kq. Jaba Xositaşvili – Barrera Korbaj  
91 kq. Əbdülqədir Abdullayev – Villi Kyakone

Venesuela klubu ilə qarşılaşmada komandamızın heyətində Cavid Dadaşov debüt edəcək.  Dadaşov 2013-cü ildə gənclər arasında Azərbaycan birinciliyinin finalçısı olub.

Qonaq komandanın 49 və 56 kq çəki dərəcələrindəki boksçuları reytinqdə yüksək yerlər tutsalar da, onlar Qubaya gəlməyiblər.  Görünür, “Caciques Venezuela” klubunun məşqçiləri həmin idmançıları doğma divarlar arasında keçiriləcək görüşlərə hazırlayırlar.

Venesuela klubunda 75 kq çəki dərəcəsində Barrera Korbaj liqada ilk döyüşünə çıxacaq.  Məhəmməd Qurbanovun rəqibi olacaq Rodrigez də WSB liqasında ilk görüşünü Qubada keçirəcək.

Fərdi reytinqdə liderlər sırasında olan Qurbanov, Hacəliyev və Abdullayev növbəti qələbələrini qazanaraq, mövqelərini bir qədər də yaxşılaşdıra bilərlər. 

Xatırladaq ki, komandamız səfərdə “Caciques Venezuela” klubuna 2:3 hesabı ilə məğlub olub.

Bu həftə B qrupunda “Astana Arlans”  doğma divarlar arasında “Rafako Hussars Poland”ı qəbul edəcək.  “Puerto Rico Hurricanes” “Argentina Condors”u qonaq edəcək.   USA “Knockouts” isə  səfərdə “İtalia Thunder”lə üz-üzə gələcək.  

Turnir cədvəli 

1. “Astana Arlans” – 24 xal,  (döyüşlərin nəticələri  32-8) 
2. USA “Knockouts” – 19,  (25-15)
3. “Baku Fires” – 17, (26-14)
4. "İtalia Thunder” – 13, (20-19) 
5. “Venezuela Caciquez” – 11, (16-24) 
6. “Puerto Riko Hurricanes” – 11, (16-24)
7. “Rafako Hussars Poland” – 10, (17- 23)  
8.  “Argentina Condors” – 1,  (7-32)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail