"Bakı-2015": Azad Rəhimov ağac əkdi - FOTO

11.03.2015 | 3373 dəfə oxunub

Ölkənin və paytaxt Bakının irsində iz buraxacaq təşəbbüslərin bir hissəsi olaraq bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1000-dən çox ağac əkilib. Stadium.Az xəbər verir ki, BAOƏK-in 300-dən çox azərbaycanlı və əcnəbi əməkdaşı, həmçinin “Alov Qoruyan”lar paytaxtın qərbində yerləşən Müşfiqabad qəsəbəsində könüllü olaraq gələcək meşə zolağının salınması nar, palıd, qarağac və şam ağacı əkiblər.

Könüllülərə gənclər və idman naziri və BAOƏK-un baş icraçı-direktoru Azad Rəhimov və Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin də qoşulublar.

Rəhimov bildirib ki, Bakı-2015 Azərbaycanın tarixində möhtəşəm hadisə olacaq və bu tədbir ölkənin və əhalinin həyatında əhəmiyyətli yer tutacaq: “Biz Avropa Oyunlarının Azərbaycanın bəşəri və infrastruktur sahələri üzrə səmərələrini tez-tez vurğulayırıq, bu gün isə qarşıdakı yarışların Bakının yaşıllaşdırılması və dayanıqlı mirası üzrə iz buraxacağını nümayiş etdirə bilərik”.

BAOƏK-un korporativ direktoru Elçin Səfərov bunun gələcək nəsil üçün əkildiyini deyib: “Ağacəkmə Novruz bayramı ərəfəsində keçirilən Azərbaycan adətidi. Beləliklə, yeni ilin, eləcə də yeni həyatın gəlişini qeyd edirik. Bu ağaclar gələcək nəsillər üçün əkilir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail