"Bakı-2015"dən daha bir müqavilə

10.03.2015 | 3187 dəfə oxunub

Bu gün "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Stadium.Az xəbər verir ki, tədbirdə AGF-nin I vitse-prezidenti Namiq Əliyev, federasiyasının baş katibi Əjdər Cəfərov və BEGOC-un Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak edib.

İlk olaraq mərasim iştirakçılarına Azərbaycan güləşçilərinin bugünədək qazandıqları uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra N.Əliyev aprelin 16-dan AGF-nin Açıq Kubokunun keçiriləcəyini deyib. N.Əliyev Avropa Oyunlarına sınaq xarakteri daşıyan yarışda iştirak istəyilə bir neçə ölkənin təklif göndərdiyini vurğulayıb: "Çalışacağıq ki, sınaq yarışlarında iştirak etmək istəyən ölkələrin sayı Oyunlardakı iştirakçılardan çox olmasın. Avropa Oyunlarında güləş üzrə təxminən 470-ə yaxın idmançı çıxış edəcək. Demək olar ki, elə bu qədər də idmançının test yarışlarında iştirakı gözlənilir. Dünya Güləş Birliyi döşəklərin rənginin dəyişdirilməsinə dair qərar verib. Sınaq yarışlarında da bu cür döşəklərdən istifadə olunacaq. İdmançıların mükafatlandırılması da Oyunlara uyğun qaydada keçiriləcək. Bundan sonra I Avropa Oyunlarına qədər Azərbaycanda bizim elə də turnirimiz olmayacaq. Bu da imkan verəcək ki, hazırlıq səviyyəsini hərtərəfli yoxlayaq və səhvlər varsa, onları qaydasına qoyaq".

Federasiya rəsmisi zədə səbəbindən yarışlarda uğurlu çıxış etməyən Toğrul Əsgərov haqda da danışıb. Onun sözlərinə görə, idmançının vəziyyəti normaldır: "Toğrul yarışlarda iştirak edəcək. Onun çəki məsələsinə gəlincə, 70 kq olimpiya çəkisi deyil. O, 65 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək".

N. Əliyev qadın güləşi üzrə Azərbaycan yığmasının Rusiyanın Sankt-Peterburq şəhərindəki Dünya Kubokunda 5-ci yerlə kifayətlənməsinə də münasibət bildirib: "Dünya Kubokunda hakimlərin kobud səhvləri üzündən komandamız yaxşı nəticə verə bilmədi. Məhz həmin səhvlər üzündən 2 hakim yarışdan kənarlaşdırıldı. Əslində yığmamız finala yüksəlməli idi. Əfsuslar olsun ki, bu cür nəticə qeydə alındı. İdmanda belə nəticələr olur".

E.Səfərov isə sınaq yarışlarının önəmindən bəhs edib. Oyunlara 93 gün qaldığını deyən BEGOC rəsmisi yarışların keçiriləcəyi bütün idman komplekslərini yoxlayacaqlarını deyib: "Heç kəsə sirr deyil ki, güləş bizim idmanda xüsusi əhəməiyyət yer kəsb edir və burada tamaşaçı problemi olmayacaq. Sınaq yarışlarının BEGOK üçün xüsusi əhəmiyyəti var. Bugünkü imzalanacaq sənədin mahiyyəti ondan ibarətdir ki, bizim komitə bəzi funksiyaları öz üzərinə götürür və tədbirin keçirilməsində də iştirak edəcək".

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail