Azərbaycanlı boksçu ilk pilləyə yüksəldi

10.03.2015 | 2848 dəfə oxunub

Ümumdünya Boks Seriyasında (WSB) yeni fərdi reytinq cədvəli açıqlanıb. Stadium.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutur. “Baku Fires” klubunun üzvü siyahıda kubalı Alvarez Estrada və rusiyalı Adlan Abdurraşidovu qabaqlayır.

Məhəmməd Qurbanov (56 kq) reytinqdə 2-cı sıradadı. 3 döyüşdən sonra 15 xal toplayan boksçumuz yalnız amerikalı Fransisko Martinezden geri qalır.

Arslanbek Mahmudov (+91 kq) döyüşlərinin çoxunu nokautla başa vursa da, o, hələ 3-cü pillədədi. 19 xalı olan boksçumuz xorvatiyalı Filip Hrqoviç və britaniyalı Cozef Coyzdan geri qalır. Milli komandamızın üzvü Pərviz Bağırov (69 kq) 15 xalla 4-cü yerdədi. Həmyerlimizi Rəcəb Butayev (Rusiya), Məhəmməd Rabii (Mərakeş) və Stever Donelli (İrlandiya) qabaqlayır.

91 kq çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev də hələ ki 4-cü sıradadı. Hesabında 15 xal olan boksçumuz İqor Yakubovski (Polşa), Vasili Levit (Qazaxıstan) və Erislandi Savondan (Kuba) bir görüş az keçirib.

Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq) 15 xalla reytinqdə 4-cü yeri tutur. Bu çəkidə reytinq cədvəlinə kubalı Yasiner Toledo başçılıq edir. Meksikalı Raul Kuriel 2-ci, italiyalı Vinçenzo Mangiakapre isə 3-cü pillədədi.

Sultan Migitinov çəkisi 81 kq olan boksçuların mübarizəsində 5-ci yerdədi.

Azərbaycan boksçuları yalnız 49, 52 və 75 kq çəki dərəcələrində reytinqdə ilk beşliyə düşməyiblər.

Qeyd edək ki, mövsümün sonunda 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olan boksçular, digər çəkilərdə isə 1-2-ci yeri tutan idmançılar Rio Olimpiadasına vəsiqə qazanacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail