"Bakı-2015": medallar təqdim olundu

04.03.2015 | 6289 dəfə oxunub

2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının medallarının təqdimat mərasimi təşkil olunub. Stadium.Az xəbər verir ki, tədbirdə qızıl, gümüş və bürünc mükafatlar təqdim edilib.

Medalların üzərində dekorativ Bakı-2015 brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər əks olunub.

Mükafatın mərkəzində Avropa Oyunlarının loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdı. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdu. Medallar “Azersuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

Bakı-2015-in startına 100 gün qalması ilə əlaqədar keçirilən tədbir zamanı çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq medalların tərtibatının təqdim olunmasına da münasibət bildirib: “Avropa Oyunları medallarının bədii tərtibatını ictimaiyyətə təqdim etməklə, 100 günlük gerisayımın başlanğıcını qeyd etmək və Bakıda yarışacaq qitənin ən güclü idmançılarının uğurlarını səbirsizliklə gözləmək də həyəcanvericidi. Biz idmançıları özlərini daha yaxşı göstərə biləcəkləri arenalarla təmin edəcəyik. Mən bu göz oxşayan medal tərtibatlarının onların cəhdlərinə qarşılıq verəcəyinə inanıram”. 

Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb.

Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb. Sərbəst güləşdə sabiq olimpiya çempionu bildirib ki, dövlət qayğısı son yarışlarda uğurlu çıxışımızı təmin edib. O, medalın tərtibatının çox gözəl olduğunu bildirib və hər idmançıya bu medallardan birinə sahib olmağı arzulayıb.

Zəkiyev də iştirakçılara uğurlar arzulayıb: “Bütün idmançılara Namiqin təqdim etdiyi qızıl arzulayıram. Sabah bədən tərbiyəsi günüdü. Bu münasibətlə hər bir idmançını təbrik edirəm. Medala əlimi vurdum, əladı”.

Avropa Oyunlarının medalının çəkisi 380 qram olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail